SƏNAYE COĞRAFİYASI

iqtisadi coğrafiyanın bir sahəsi: sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauy-ğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
SƏHRALAŞMA
SƏPƏLƏNƏN RADIASIYA
OBASTAN VİKİ
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Ermənistan coğrafiyası
Ermənistan — Cənubi Qafqazda yerləşən dənizə çıxışı olmayan ölkə. Ermənistan Azərbaycan, Gürcüstan, Türkiyə və İranla sərhədə malikdir. Üstəlik Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın 20 % ərazisini işğal edir. İşğal faktoru ilə əlaqədar 1993-cü ildə BMT təhlükəsizlik şurası bu işğal faktoru ilə bağlı dörd qətnamə qəbul etmişdir. Vəziyyət İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq dəyişir. == Coğrafi yerləşməsi == Ermənistan Cənubi Qafqazda, Kür çayı ilə Araz çayı arasında yerləşən ərazidə qərarlaşmışdır. Ölkə şimal-qərbdən cənub-şərqə 360 km, şərqdən qərbə isə 200 km məsafədə uzanır. Qara dənizdən 160 km, Fars körfəzi ilə 960 km məsadə qərarlaşır. Ermənistan şimaldan Gürcüstan, şərqdən və cənub-qərbdən Azərbaycan (Naxçıvan), cənubdan isə İranla sərhədə malikdir. == Geologiyası == Ermənistan ərazisi Alp qırışıqlığı zonasında yerləşmişdir.
Estoniya coğrafiyası
Estoniya — dövlət Avropanın şimal-şərqi və Baltik dənizinin şərq sahillərində yerləşir. Şimaldan Fin körfəzi, qərbində isə Riqa körfəzi ilə əhatələnmişdir. Estaniyanın sahəsi 45 226 km² təşkil edir. Sərhədlərinin uzunluğu — 1633 km. Latviya ilə — 339 km, Rusiya — 294 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu 3794 km-dir. Estoniyanın ərazisinə 1521 ada, daxildir ki, onunda hamısı Baltik dənizində yerləşir. Onların ümumi sahəsi 4,2 min. km²-dir. Ən böyük adaları — Saaremaa və Hiyumaa, üstəlik Muhu, Vorsmi, Kihnu adası və b.
Fransa coğrafiyası
Fransa 551.500 km²-lik sahəsilə Türkiyə,Rusiya və Ukraynadan sonra Avropanın dördüncü böyük ölkəsidir. Avropa qitəsinin qərb ucunda, 42°-51° şimal en dairələri arasında kobud şəkildə altıbucaqlını xatırladan bir sahəni tutur. Həm şimaldan cənuba, həm də qərbdən şərqə təxminən 1.000km uzunluğundadır. 3.427km sahil uzunluğuna sahib olan Fransanın Manş Dənizi, Şimal Dənizi, Atlantik Okeanı və Aralıq Dənizinə sahili vardır. Şimal-şərqi başqa, başlıca olaraq çaylar (Reyn), dənizlər və dağlardan (Yura Dağları, Alp dağları,Pireney dağları) ibarət olan təbii sərhədlərlə əhatə olunmuşdur. == Quru sərhədləri == Fransanın Avropadakı ərazilərini əhatə edən Metropoliten, Fransanın ümumi quru sərhədləri 2.889 km uzunluğundadır; İspaniya 623 km Belçika 620 km İsveçrə 573 km İtaliya 488 km Almaniya 451 km Lüksemburq 73 km Andorra 56,6 km Monako 4,4 km Fransanın xaricdən gətirilmiş rayonlarından, Cənubi Amerikada Fransız Guyanasının Braziliyayla 649 km, Surinamla 556 km, Kariblərdəki Sent Martin Hollandiyaya bağlı Sint Maartenlə 10,2 km-lik sərhədi var. == Səth şəkilləri == Fransa geoloji baxımdan üç əsas hissəyə ayrılır: Plato görünüşlü massivləri təşkil edən qoca dağ qalıqları, şimal və qərbdə tortul düzənliklər, cənubi və cənub-şərqi gənc dağlar ilə bunların arasında uzanan dağ düzənliklər.
Fələstin coğrafiyası
Fələstin coğrafiyası dedikdə Fələstin Dövlətinin iddia etdiyi ərazilərin coğrafi xüsusiyyətləri başa düşülür. Fələstin Aralıq dənizi hövzəsinin şərqində yerləşir. Sahəsi iki ayrı hissədən ibarətdir: İordan çayının Qərb sahili (ərazisi 5,9 min km²), Qəzzə zolağı (sahəsi 0,4 min km²) və Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu — 307 km), şərqdə isə İordaniya ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). Qəzzə sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. (sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. (sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır. (sərhədin uzunluğu 51 km).
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. == Relyef == Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Hindistan coğrafiyası
== Sahəsi və sərhədləri == Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² ), əhalisinə görə isə ikinci sıradadır. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
Kipr coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Kosova coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Kosovo coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Küveyt coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir. Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi.
Latviya coğrafiyası
Latviya coğrafiyası — == İqlimi == İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.